Image

Güney azərbaycanlılara qarşı TƏXRİBAT: İranlı kəşfiyyatçının qızı... - FOTO

Güney Azərbaycanla bağlı xəbərlərə qarşı təxribatların kimin tərəfindən həyata keçirildiyi məlum olub.

Gundem.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalında xəbər verilib.

Bildirilib ki, Güney Azərbaycanla bağlı xəbərlərə senzura tətbiqi, o cümlədən “Facebook” və “Instagram” səhifələrinin silinməsi Pərisa Sabeti adlı şəxs tərəfindən həyata keçirilib. O, SAVAK-ın (Pəhləvi hakimiyyəti dövründə İranın Kəşfiyyat və Təhlükəsizlik Təşkilatı) rəhbəri olmuş Pərviz Sabetinin qızıdır.

Qeyd olunub ki, daha öncə də bu kimi sosial media kanallarında Güney Azərbaycanla bağlı paylaşımlar edən istifadəçilərin hesabları bloklanır, habelə silinirdi və bu işdə Pərisa Sabetinin böyük rolunun olduğu üzə çıxıb.

Mənbə: gundem.az

Xəbər lenti

"Bitcoin" yenidən ucuzlaşıb

“Brent” bahalaşıb

Azərbaycan nefti bahalaşıb