Image

Nazirin oğlu döyüşdə həlak oldu

İsrailin sabiq Baş Qərargah rəisi, hazırda hərbi kabinetdə portfelsiz nazir olan Qadi Ayzenkotun kiçik oğlu Qal Qəzza zolağında döyüşlərdə həlak olub.

Gundem.az report-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"Ehtiyatda olan çavuş Qal Meir Ayzenkot Qəzzanın şimalında gedən döyüşlərdə 25 yaşında həlak olub", - açıqlamada diqqətə çatdırılıb.

Ölkənin Baş naziri Binyamin Netanyahu nazirə və onun həyat yoldaşına başsağlığı verərək Qal Ayzenkotu "cəsur döyüşçü və əsl qəhrəman" adlandırıb.

Mənbə: gundem.az

Xəbər lenti

"Bitcoin" yenidən ucuzlaşıb

“Brent” bahalaşıb

Azərbaycan nefti bahalaşıb