Azərbaycanda benzinin qiyməti DƏYİŞDİRİLDİ
Aİ-95 markalı benzinin qiymətində kəskin ucuzlaşma olacağı gözlənilir. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, telegram kanallarının məlumatına görə, ucuzlaşma sabahdan olacaq. Hazırda Aİ-95 markalı benzinin bir litrinin qiyməti 2 manat təşkil edir. Qeyd edək ki, Aİ-95 markalı benzin xaricdən idxal olunur, qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir. Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti sonuncu dəfə 2022-ci il iyulun 13-də 1,6 manatdan 2 manata qalxıb. BAKU.WSMənbə: baku.ws