Image

"Neftçi" Türkiyə klubları ilə hazırlıq matçında üz-üzə gələcək

Türkiyədə təlim-məşq toplanışı keçən "Neftçi"nin yoxlama görüşündə qarşılaşacağı rəqiblər bəlli olublar.

Klubdan verilən məlumata görə, "ağ-qaralar" ilk olaraq iyulun 13-də Türkiyənin Superliqa təmsilçisi "Alanyaspor"la üz-üzə gələcəklər.

Növbəti yoxlama görüşü isə iyulun 17-də keçiriləcək. Rəqib digər Superliqa kollektivi "Sivasspor" olacaq.

İyulun səkkizində qardaş ölkəyə yollanan paytaxt təmsilçisinin üzvləri ayın doqquzundan etibarən baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında gündə iki dəfə məşqə çıxırlar.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti