Image

Məşhur aktyor avtomobilində ÖLÜ TAPILDI - FOTO

"ALF" komediya serialındakı rolu ilə tanınan keçmiş uşaq ulduz Benji Qreqori 46 yaşında ölüb.

Gundem.az xəbər verir ki, bu barədə Ntv Haber məlumat yayıb. 1986-1990-cı illərdə yayımlanan 80-ci illərin məşhur sitkomunda "Brian Tanner" obrazını canlandıran Qreqori iyunun 13-də Peoriyadakı Chase Bank dayanacağında xidməti iti Hansla birlikdə avtomobilində ölü tapılıb. Qriqorinin bacısı Rebekka TMZ-yə bildirib ki, Qreqori depressiyadan, bipolyar pozğunluqdan və yuxu pozğunluğundan əziyyət çəkib. Qeyd edək ki, tibbi ekspertiza isə ölümün səbəbini hələ müəyyən etməyib.

Mənbə: gundem.az

Xəbər lenti