Image

Bağçada uşağa şiddət qalmaqalı - Müdir və müəllim işdən çıxarıldı - YENİLƏNİB - VİDEO

310 nömrəli uşaq bağçasında tərbiyəçi-müəllimin uşağa qarşı uyğunsuz davranışı ilə bağlı araşdırma aparılıb.

Bu barədə BAKU.WS-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq tərbiyəçi-müəllim vəzifəsindən azad edilib:

"Həmçinin əmək məcəlləsinin müvafiq maddəsinə əsasən 310 nömrəli uşaq bağçası müdirinin səlahiyyətlərinə xitam verilib".

"Məktəbəqədər təhsil müəssisələrində müvafiq məsələlərin tənzimlənməsi zamanı uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür", - deyə məlumatda qeyd edilib.

***12:39

Bakıda bağçada uşaqlara qarşı fiziki zorakılıq törədildiyi iddia edilir. 

BAKU.WS xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Şikayətçinin sözlərinə görə, söhbət Sabunçu rayonu 310 saylı uşaq bağçasından gedir.

İddia olunur ki, bağçada uşaqlara qarşı fiziki zorakılıq göstərilir.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti