Image

Bağçada uşağa şiddət göstərən tərbiyəçidən ETİRAF: “Özümü saxlaya bilmədim” - VİDEO

Sabunçu rayonunda azyaşlının şiddət gördüyü və təhqir edildiyi 310 nömrəli bağçanın direktoru və tərbiyəçinin görüntüləri yayılıb.

BAKU.WS xəbər verir ki, BAKU.TV həmin bağçada olub və tərbiyəçini danışdırıb. Tərbiyəçi tutduğu əməli etiraf edib və özünə belə haqq qazandırıb:

“Eləmişəm! Sadəcə o qədər əsəblərimi cilovlaya bilmədim. Haqsızlıq o qədər baş verdi ki...”, - deyə tərbiyəçi bildirib.

Baçanın direktoru Humay Hüseynova da hadisənin baş verdiyini etiraf edib.

Daha ətraflı BAKU.TV-nin reportajında:

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti