Image

Şuşa Qlobal Media Forumunun yekun paneli baş tutub - FOTO

II Şuşa Qlobal Media Forumu çərçivəsində “İqlim Hərəkatı və Media” mövzusunda yekun panel keçirilib.   BAKU.WS report-a istinadən xəbər verir ki, panelə “RīgaTV 24” və “Radio Latvia”nın aparıcısı və prodüseri Ansis Boqustov moderatorluq edib.   BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasının 29-cu sessiyasında (COP29) BMT-nin iqlim dəyişikliyi üzrə yüksək səviyyəli lideri (UN Climate Change High-Level Champion) Nigar Arpadarai öz çıxışında qeyd edib ki, Azərbaycan COP29-un keçirilməsinə hazırlaşır, tədbir KİV və bu konfransda iştirak etmək istəyən hər kəs üçün açıqdır.   "Biz ölkələrin Bakıya gələrək iqlimin maliyyələşdirilməsi məsələlərində konsensus əldə etməsini gözləyirik. KİV tez-tez maraqlanır ki, nəyə görə COP29 karbohidrogen hasil edən ölkədə keçirilir? Biz bütün bu suallara cavab verməyə hazırıq. Biz həm KİV-i, fəalları, həm də iqlimin maliyyələşdirilməsi məsələlərinə töhfə verə biləcək hər bir kəsi COP29-da gözləyirik. Azərbaycanın COP29-da sədrliyi noyabrda başa çatmayacaq, bu, müxtəlif tərəflərdən iştirakçıların qatılmalı olduğu qlobal tədbirdir”, - o bildirib.   “Arabian Gulf Business Insight”ın baş redaktoru Frensis Martin Keyn Azərbaycanı COP29 ilə bağlı qərəzli məlumatlara baxmayaraq, Qərb mediası ilə işləməkdən imtina etməməyə çağırıb. BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti