Image

Diyarbəkirdəki yanğınlara bölgələrdən yanğınsöndürənlər cəlb edildi - VİDEO

Türkiyənin Diyarbəkir şəhərinin iki bölgəsində güclü yanğınlar baş verib. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, yanğın otlaq sahələrinin yandırılmasından sonra başlayıb. Belə ki, güclü külək otaqlardakı alovun həcmini genişləndirib və nəticədə yanğın böyüyüb. Yanğınlar Silvan bölgəsinin Tekel və Umur məhəllələrində baş verib. Bismil və Hazro bölgəsindən hadisə yerinə xeyli sayda yanğınsöndürən briqadası cəlb edilib. Xatırladaq ki, iyunun 20-də saat 22.15 radələrində Diyarbakırın Çinar rayonunun Köksalan mahalında başlayan və küləyin şiddəti ilə güclənən yanğın Mardinin Maziyadağı Yucəbağ, Şenyuva və Yetkinler 'razisinə qədər yayılıb. 15 sakin yanğınlarda həlak olub. BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti