Image

İlkay Gündoğan "Barselona"nı TƏRK ETMƏYƏCƏK

İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi İlkay Gündoğan bu yay komandanı tərk etməyəcək.

Gundem.az-ın "Sport.es"ə istinadən məlumatına görə, 33 yaşlı futbolçu müqavilə müddəti bitənə qədər Kataloniya klubunda yeni baş məşqçi Hans Flikin rəhbərliyi altında oynamaq niyyətindədir.

Qeyd edək ki, İ.Gündoğan Qətərin "Əl-Sədd" klubundan 3 illik müqavilə təklifi alıb. Onun "Barselona" ilə anlaşmasının müddəti 2025-ci ilə qədərdir.

Mənbə: gundem.az

Xəbər lenti