Image

Sakinlər Mehdiabad-Pirşağı yolunda itə işgəncə verən sürücüyə etiraz etdilər - VİDEO

Mehdiabad-Pirşağı avtomobil yolunda itin maşının arxasına bağlanaraq sürüdüldüyü iddia edilir.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Şikayətçi bildirib ki, hadisə bu gün səhər saat 11 radələrində, yolun "Sovxoz" adlanan hissəsində qeydə alınıb:

"İti maşının arxasina bağlayıb, avtomobili yüksək sürətlə idarə edirdilər. Yoldan keçənlər etirazını bildirdi. İtin ayaqları bərbad günə düşmüşdü".

Hadisə yerindən görüntüləri təqdim edirik:

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Litva hökuməti istefa verib

"Brent" neft ucuzlaşıb