Avropa Liqası: "Qarabağ" - "Hakken" oyununda ilkin qol vuruldu - YENİLƏNİB
Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda keçirilən "Qarabağ" - "Hakken" (İsveç) oyununda ilk qol vurulub.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın 1-ci dəqiqəsində Azərbaycan təmsilçisi hesabı açıb.
"Köhlən atlar"ın heyətində Leandro Andrade fərqlənib.
***21:45
Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda keçirilən "Qarabağ" - "Hakken" (İsveç) oyunu başlayıb.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də start götürüb.
Matçın baş hakimi albaniyalı FIFA referisi Yucin Cayadır.
"Köhlən atlar" qalib gələcəyi təqdirdə digər oyunun nəticəsindən asılı olmayaraq, tarixində ilk dəfə bu turnirin pley-offuna yüksələcək.
H qrupunun digər görüşündə "Bayer 04" Almaniyada Norveçin "Molde" kollektivini sınağa çəkəcək. Leverkuzen təmsilçisi hazırda 15 xalla liderdir. "Qarabağ" 7 xalla ikinci, eyni xala malik "Molde" üçüncü sıradadır. “Hakken”in isə hesabında xal yoxdur.
***20:40
Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda üz-üzə gələcək "Qarabağ" və İsveçin "Hakken" klubunun start heyətləri açıqlanıb.
Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.
"Qarabağ": 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüsenov, 29. Marko Veşoviç, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Olavio Juninyo.
"Hakken": 26. Peter Abrahamsson, 21. Tomas Totland, 5. Even Hovland, 4. Ayham Usu, 13. Simon Sandberq, 27. Romeo Amane, 11. Samuel Qustafson, 18. Mikkel Riqaard, 23. Mamadu Sonko, 10. Ali Yussef, 17. Edvard Çilufya.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” oyunu saat 21:45-də başlayacaq. Ağdam təmsilçisi hazırda 7 xalla ikinci pillədə yer alıb. İsveç klubunun isə hesabında xal yoxdur.
BAKU.WSMənbə: baku.ws