“Qarabağ” 48 dəqiqədə 2 qol vurdu - CANLI/YENİLƏNİR
Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun "Qarabağ" - "Hakken" (İsveç) oyununda ilk hissə başa çatıb.
Gundem.az xəbər verir ki, Azərbaycan təmsilçisi fasiləyə 2:0 hesablı üstünlüklə yollanıb.
"Köhlən atlar"ın heyətində 1-ci dəqiqədə Leandro Andrade fərqlənib.
45+3-cü dəqiqədə Yassin Benzia rəqibi ikinci dəfə məyus edib.
xxx
21:48
Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda keçirilən "Qarabağ" - "Hakken" (İsveç) oyununda ilk qol vurulub.
Gundem.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın 1-ci dəqiqəsində Azərbaycan təmsilçisi hesabı açıb.
"Köhlən atlar"ın heyətində Leandro Andrade fərqlənib.
xxx
21:45
Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda keçirilən "Qarabağ" - "Hakken" (İsveç) oyunu başlayıb.
Gundem.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də start götürüb.
Matçın baş hakimi albaniyalı FIFA referisi Yucin Cayadır.
"Köhlən atlar" qalib gələcəyi təqdirdə digər oyunun nəticəsindən asılı olmayaraq, tarixində ilk dəfə bu turnirin pley-offuna yüksələcək.
H qrupunun digər görüşündə "Bayer 04" Almaniyada Norveçin "Molde" kollektivini sınağa çəkəcək. Leverkuzen təmsilçisi hazırda 15 xalla liderdir. "Qarabağ" 7 xalla ikinci, eyni xala malik "Molde" üçüncü sıradadır. “Hakken”in isə hesabında xal yoxdur.
Mənbə: gundem.az