Dünyanın ən dadlı 100 yeməyi açıqlandı - FOTO - SİYAHI
Dünya mətbəxinə aid ləziz təamları aşkar çıxaran "Taste Atlas" 2023-cü ilin 100 ən yaxşı yeməyinin adlarını açıqlayıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, siyahıda ilk yerdə Braziliyanın "Pichanha" adlı yeməyi var.
İkinci və üçüncü yerlərdə isə Malayziya və Tailand mətbəxinə aid "Roti canai" və "Phat kaphrao" adlı təamlar yer alıb.
100 yemək siyahısına 8 türk yeməyi də daxil edilib.
"Tombik döner" 89-cu, "Hünkar beğendi" 77-ci, "Mərci" şorbası 72-ci, "Adana" kababı 70-ci, "Dönər" kababı 60-cı, "Mantı" 38-ci, "İskender" kababı isə 37-ci sırada yer alıb.
BAKU.WS ilk 10-luğa daxil olan ləziz yeməklərin siahısını təqdim edir:
1. Braziliya "Pichanha"
2. Malayziya "Roti canai"
3. Tailand "Phat kaphrao"
4. İtaliya "Pizza Napoletana"
5.Çin "Guotie"
6. Tailand "Khao soi"
7. Hindistan "Butter Garlic Naan"
8. Çin "Tangbao"
9. Rusiya "Shashlik"
10. Tailand "Phanaeng Curry"
BAKU.WS











Mənbə: baku.ws