Image

Macarıstan İMTİNA ETDİ: Orban Aİ-nin bu qərarını "PİS" ADLANDIRDI

"Macarıstan Avropa İttifaqının Ukrayna ilə Aİ-yə daxil olmaq üzrə danışıqlara başlamaq qərarında iştirak etməyib".

Gundem.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban öz "Facebook" səhifəsində blokun Brüsseldə keçirilən sammitinin nəticələrini şərh edərkən yazıb .

"İndiki vəziyyətdə Ukrayna ilə danışıqlara başlamaq tamamilə irrasional qərardır və Macarıstan bu məsələdə mövqeyini dəyişmir. Aİ-nin digər 26 üzvü belə bir qərarın qəbul edilməsində israr etdiyi üçün Macarıstan öz yolu ilə gedə biləcəyinə qərar verdi", - baş nazir deyib..

"Budapeşt bu pis qərarda iştirak etmək istəmir, ona görə də bu gün bu addımı atmaqdan çəkinib", - Orbanın əlavə edib.

Mənbə: gundem.az

Xəbər lenti

"Bitcoin" yenidən ucuzlaşıb

“Brent” bahalaşıb

Azərbaycan nefti bahalaşıb