Image

Safuranın qızı anasının "Avroviziya" mahnısını ifa etdi - VİDEO

Avroviziya təmsilçilərimizdən olan Safura Əlizadə sosial şəbəkədə yeni paylaşımı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, o şəxsi instaqram hesabında azyaşlı qızı Aişənin mahnı oxuduğu videonu ilzəyiciləri ilə bölüşüb.

Görüntülərdə Aişə müğənni anası Safuranın 2010-cu ildə "Avroviziya Mahnı Müsabiqəsi"ndə səsləndirdiyi "Drip drop"u ifa etdiyi kadrlar əks olunub.

Aişənin səsi və ifa tərzi maraqla qarşılanıb. Onun videosuna xeyli bəyənmə gəlib, çoxsaylı şərhlər yazılıb. Safura həmin görüntülərə "Anasının balası, baxın, necə də ürəkdən oxuyur" sözlərini yazıb.

Xatırladaq ki, Safura Əlizadə 201-cu ildə Norveçin paytaxtı Osloda keçirilən "Avroviziya Mahnı Müsabiqəsi"ndə ölkəmizi "Drip-drop"(Damla-damla) mahnısı ilə təmil edib.

O 145 xalla 5-ci yerin sahibi olub.

Sənəti mərhum Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə evlidir. Cütlüyün iki oğul və bir qız övladı var.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Sabah yağış yağacaq