Cakuzidə ölü tapılan aktyorun vəfat səbəbi AÇIQLANDI - FOTO
Hollivud ulduzu Mettyu Perrinin vəfat səbəbi açıqlanıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, ekpertiza rəyinə əsasən, 54 yaşlı aktyorun qanında ketamin aşkarlanıb.
Cakuzidə boğularaq ölən Perrinin istifadə etdiyi bu dərman daha çox anksiyete və depressiyaya qarşı istifadə edilir.
Los-Anceles Bölgə Tibbi Müayinə Şöbəsinin yaydığı məlumatda Mettyunun ölümü bədbəxt hadisə adlandırılıb.
Xatırladaq ki, "Friends" serialının ulduzu bu ilin oktyabrın 28-də Malibudakı evinin cakuzisində ölü tapılıb.
BAKU.WS

Mənbə: baku.ws