Image

Türkiyədə il ərzində 1069 terrorçu zərərsizləşdirilib

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, 2023-cü ilin 11 ayında 1069 terrorçu zərərsizləşdirilib.

Gundem.az “TRT Haber”ə istinadla xəbər verir ki, bu barədə nazir Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, zərərsizləşdirilənlərdən ümumilikdə 59-u yüksək səviyyəli terrorçu, 7-si qırmızı, 1-i mavi, 2-si yaşıl, 16-sı narıncı, 33-ü isə boz kateqoriyası üzrədir: “Ölkəmizdə həyata keçirilməsi planlaşdırılan 145 terror aktının qarşısı alınıb. Terrorçuluğun maliyyələşdirilməsinə yönəlmiş 189 əməliyyat zamanı 1133 şübhəli şəxs saxlanılıb. Onlardan 163-ü həbs edilib. 28 milyon lirədən çox pul ələ keçirilib”.

Mənbə: gundem.az

Xəbər lenti

"Bitcoin" yenidən ucuzlaşıb

“Brent” bahalaşıb

Azərbaycan nefti bahalaşıb