Image

Miss Fransa-2024 izləyicilərini qıcıqlandırdı: "Bilirdim belə olacaq" - FOTO

Fransanın Dijon şəhərində Fransanın ən gözəl qadınlarından 30-u "Miss France 2024" adı uğrunda mübarizə aparıb. Fransanın bütün bölgələrindən olan 30 nümayəndədən yalnız biri arzu edilən titulu alıb.

BAKU.WS xəbər verir ki, riyaziyyat fakültəsində təhsil alan 20 yaşlı tələbəsi Eva Gilles müsabiqənin qalibi olub. Müsabiqənin mövcud olduğu 103 il ərzində ilk dəfə olaraq qısa saçlı qız qalib olub.

Fransız gözəl isə çoxunu qıcıqlandıran açıqlama verib.

"Mən saç düzümü ilə maraqlanmıram, amma kişiyə bənzər görünüşlü qadınlar bundan narahatdır", - deyib.

Onun bu açıqlamasına, fransızlar qəzəbləniblər və sosial şəbəkələrdə "Bu Miss Fransa-ya uyğun deyil" deyiblər.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

"Bitcoin" yenidən ucuzlaşıb

“Brent” bahalaşıb

Azərbaycan nefti bahalaşıb