Image

Selin Dionun vəziyyəti ağırlaşıb - FOTO

Dünyaca məşhur müğənni Selin Dionun səhhəti daha da pisləşib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ifaçının bacısı Klodet Dion bildirib.

O Kanadanın "7 Jours" nəşrinə açıqlamasında, bacısı Selinin artıq uzun müddətdir əziyyət çəkdiyi SPS xəstəliyinin (əzələ sərtliyi sindromu) ağırlaşdığını qeyd edib. Klodet sənətçinin artıq iş qabiliyyətini yavaş-yavaş itirdiyini bildirib.

Xatırladaq ki, ötən ilin dekabrında Selin Diona nevroloji xəstəlik olan əzələ sərtliyi sindromu diaqnozu qoyulub.

55 yaşlı müğənni bu xəstəliyinin müalicəsinin olmadığını vurğulayıb. Bundan sonra o dünya turuna çıxmağa hazırlaşdığı bütün konsertlərini ləğv edib. 

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

"Bitcoin" yenidən ucuzlaşıb

“Brent” bahalaşıb

Azərbaycan nefti bahalaşıb