“Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yüksəkdir”
“Akademik ailələrdə böyüdülmüş uşaqların göstəriciləri ali təhsili olmayan ailələrdə böyüdülən uşaqların göstəricilərindən daha yüksəkdir”.
Gundem.az “Trend”ə istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev BDU-da “Qızların təhsil hüququ” mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, bu səbəbdən ali təhsilli ailələrin olması çox vacibdir: “Orta statistik göstəricilərə əsasən, anası ali təhsilli olmuş mühəndislik, riyaziyyat sahələrini seçmiş qızların sayı anası ali təhsilli olmayan qızların sayından çoxdur”.