Bu marşrutunun hərəkət sxemi müvəqqəti dəyişir
Martın 26-da paytaxtın 6-cı Keşlə küçəsində yerləşən dəmiryol keçidində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq.
Gundem.az xəbər verir ki, bu barədə Milli.Az-a AYNA-dan bildirilib.
Məhdudiyyətlə əlaqədar 32 nömrəli avtobus marşrutunun hərəkət sxemi müvəqqəti olaraq Əlişir Nəvai küçəsi ilə təşkil ediləcək.