Bəzi hakimlər işdən çıxarılacaq - Yeni təyinat olacaq
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə yeni hakim təyin ediləcək.
Gundem.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
İclasda Mehdi Ədalət oğlu Əliyevin adıçəkilən məhkəməyə hakim təyin edilməsi məsələsinə baxılacaq.
Həmçinin, Bakı, Sumqayıt, Şəki və Şirvan Apellyasiya Məhkəmələrinə hakimlərin təyin və vəzifədən azad edilməsi iclasın gündəliyində yer alıb.