Kann kinofestivalın bağlanış mərasimi ərəfəsində işıqsız qaldı
“Kann” Film Festivalının bağlanış mərasimi ərəfəsində Fransanın Alpes-Maritimes bölgəsində elektrik kəsilməsi baş verib.
Gundem.az xəbər verir ki, bu haqda BFMTV məlumat yayıb.
Məlumata görə, Kannda və qonşu şəhərlərdə 1600-ə yaxın ev işıqsız qalıb.
Bu vəziyyətin yarımstansiyada baş verən yanğınla bağlı olduğu bildirilir.
Qeyd edək ki, “Kann” kinofestivalı bu gün başa çatır.