Image

BMT-də Rusiyanın bu qətnaməsi qəbul olundu

BMT Baş Assambleyası Rusiyanın təqdim etdiyi "Nasizm, neonasizm və irqçiliyin müasir formaları, irqi ayrı-seçkilik, ksenofobiya və bununla bağlı dözümsüzlüyün qızışdırılmasına yol açan digər təcrübələrin tərənnümünə qarşı mübarizə" haqqında qətnaməsini qəbul edib.

BAKU.WS bu barədə TASS-a istinadən xəbər verir.

Sənədi 118 ölkə dəstəkləyib, 49-u əleyhinə, 14-ü isə bitərəf qalıb. Əleyhinə səs verənlər arasında Kanada, ABŞ, Ukrayna və Yaponiya da var. Əlcəzair, Boliviya, Braziliya, Çin və Kuba qətnamənin lehinə çıxış ediblər.

Sənədi Rusiya bir neçə ölkə, o cümlədən Belarus və Suriya ilə birgə hazırlayıb.

Bundan əlavə, qətnamə Holokostu inkar etmək cəhdini və ya hər hansı inkarı, habelə etnik mənşəyə və ya dini inanca görə fərdlərə və ya icmalara qarşı dini dözümsüzlük, təhrik, təqib və ya zorakılığın bütün təzahürlərini birmənalı şəkildə pisləyir.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

"Bitcoin" yenidən ucuzlaşıb

“Brent” bahalaşıb

Azərbaycan nefti bahalaşıb