Kremldə maska rejimi tətbiq ediləcək? - Peskov cavab verdi
Qrip və digər viruslara yoluxma hallarının artması fonunda Kremldə maska rejiminin tətbiqi planlaşdırılmır.
Bu tədbirə ehtiyacı prezidentin mətbuat katibi Dmitri Peskov qiymətləndirib.
Peskov qeyd edib ki, hər kəs soyuq mövsümü fərqli yaşayır.
Onun sözlərinə görə, maska rejiminə ehtiyac olduğunu göstərən ekspertlərdən heç bir məlumat yoxdur: “Prezidentə gəlincə, bizim üçün ən vacib olan odur ki, onun təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şey edilir, o cümlədən epidemioloji baxımdan”.
O, həmçinin jurnalistləri əmin edib ki, qrip və mövsümi virusların artımı 2024-cü ilin martına təyin edilmiş Rusiya prezident seçkilərinin keçirilməsinə heç bir şəkildə təsir etməyəcək.
BAKU.WSMənbə: baku.ws