Image

Matç zamanı kütləvi dava - 5 oyunçu qırmızı vərəqə aldı - VİDEO

Türkiyədə “Bursaspor” - “Diyarbəkirspor" matçında kütləvi dava baş verib.

Gundem.az xəbər verir ki, oyunda qonaq komandadan Bünyamin Yürürün vurduğu qoldan sonra azarkeşlərə ünvanladığı hərəkət meydanda xaosa səbəb olub.

Hər iki komandanın futbolçuları arasında kütləvi dava başlayıb. Nəticədə beş futbolçu qırmızı vərəqə alıb - Çağatay Yılmaz (Bursaspor), Bilal Güney (Bursaspor), Serhat Enes Çalışan (Diyarbekirspor), Cem Çelik (Diyarbekirspor), Bünyamin Yürür (Diyarbekirspor).

Meydana daxil olan azarkeş isə saxlanılıb.

Mənbə: gundem.az

Xəbər lenti

Sabah yağış yağacaq

Sabah yağış yağacaq