Image

SAXAL daha 3 hərbçisini itirdi

İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağında Fələstinin HƏMAS hərəkatı ilə döyüşlərdə daha üç hərbçisini itirib.

Bu barədə ordunun mətbuat xidmətinin bəyanatında deyilir.

Çavuş Lavi Qazi, həmçinin leytenantlar Omri Şvarts və Yakov Elian Qəzza zolağının şimalında keçirilən əməliyyat zamanı həlak olub.

Eyni zamanda daha yeddi hərbçi ağır yaralanıb.

Qeyd edək ki, döyüş bölgəsində quru əməliyyatı başlayandan indiyədək SAXAL 137 hərbçisini itirib. Münaqişənin şiddətlənməsindən bəri İsrail ordusunun ümumi itkiləri 469 nəfərə çatıb.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

"Bitcoin" yenidən ucuzlaşıb

“Brent” bahalaşıb

Azərbaycan nefti bahalaşıb

Faktiki hava açıqlanıb