Image

Dünyanın ən gəlirli səhmlərinin adı AÇIQLANDI

Dünyada ən gəlirli səhmlər Cənubi Koreyanın katod istehsalçısı "Ecopro Co" şirkətinin ilin əvvəlindən 571 faiz bahalaşan səhmləridir.

Gundem.az xəbər verir ki, reytinqi "Bloomberg" tərtib edib.

Siyahıda ikinci yerdə elektromobil akkumulyatorları üçün komponentlər istehsal edən Cənubi Koreyanın "Kum Yang Co" şirkətinin səhmləri qərarlaşıb. 2023-cü ilin əvvəlindən şirkətin qiymətli kağızları üzrə gəlirliliyi 350 faizdən çox olub.

Koreya istehsalçılarının səhmlərinə investor marağı 2023-cü ilin əvvəlində elektrik avtomobillərinin akkumulyatorlar üçün sifarişlərin artması ilə bağlı bazar gözləntiləri ilə əlaqələndirilir.

Bəzi analitiklər tələb proqnozlarını aşağı salsa da, kotirovkalar yüksəlməyə davam edib.

Dinamika həm də onunla bağlıdır ki, 2023-cü ildə bu şirkətlərin bir sıra çinli rəqibləri ABŞ-ın sanksiyalarına məruz qalıb və bazarda mövqelərini itirməyə başlayıblar.

"Ecopro"nun meteorik yüksəlişi keçmiş CEO Li Dong-Çae-yə 2023-cü ildə 3 milyard dollardan çox qazanc gətirib. Sahibkar hazırda insayder ticarətinə görə həbsdədir. Li Dong Çae xüsusən də bazar qanunlarını pozduğuna görə iki il həbs cəzasına məhkum edilib və 1,7 milyon dollar cərimə ödəməli olub. (Publika.az)

Mənbə: gundem.az

Xəbər lenti

Sabah yağış yağacaq

Sabah yağış yağacaq