Image

"Qəbələ" öz meydanında "Sabah"ı məğlub etdi

Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.

Gundem.az xəbər verir ki, cari ilin son turunun ilk oyununda "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edib. Qarşılaşma 1-0 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

Matçda yeganə qolu Murad Musayev görüşün 45+2-ci dəqiqəsində vurub.

Sonuncu pillədə yer alan “Qəbələ” xallarının sayını 14-ə yüksəldib və 9-cu yerdəki “Kəpəz”ə çatıb. “Sabah” isə 22 xalla 7-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, turun digər oyunları dekabrın 23-24-də baş tutacaq.

Mənbə: gundem.az

Xəbər lenti

Sabah yağış yağacaq