Image

Müəmmalı intihar - 10-cu sinif şagirdi... - FOTO

Türkiyənin Mersin şəhərində məktəblərdən birində bədbəxt hadisə baş verib.

Gundem.az BAKU.WS-ə istinadən xəbər verir ki, təhsil ocağında sinif yoldaşları ilə dava edən şagirdi özünü pənəcərdən ataraq intihar edib. 

Toroslar bölgəsindəki "Şifa Hatun Mesleki ve Teknik Anadolu" məktəbində 10-cu sinif şagirdi A.B. 3 sinif yoldaşı ilə dava edib.

Bundan sonra uşağın valideyni məktəbə çağrılıb. Həmin valideyn məktəb müdiri ilə görüşən zaman A.B. özünü binanın 3-cü mərtəbəsindən ataraq intihar edib.

Əraziyə təcili tibbi yardım maşını çağırılıb. Şagird Mersin Şəhər Xəstəxanasına aparılıb. Edilən müdaxilələrə baxmayaraq, A.B-nin həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı cinayət işi açılıb.

Araşdırmalar aparılır. 

Mənbə: gundem.az

Xəbər lenti

"Bitcoin" yenidən ucuzlaşıb

“Brent” bahalaşıb

Azərbaycan nefti bahalaşıb

Faktiki hava açıqlanıb