Gürcüstanda zəlzələ olub
Bu gün səhər saatlarında Gürcüstanın şərqində 4,4 bal gücündə zəlzələ olub.
BAKU.WS “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, yeraltı təkanlar ölkənin Kaxeti bölgəsində qeydə alınıb.
Zəlzələnin dərinliyi 15 kilometrdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
BAKU.WSMənbə: baku.ws