Image

Albaniyanın Britaniyaya göndərdiyi səfir qanunsuz miqrant çıxdı

Albaniyanın Böyük Britaniyaya təyin olunan yeni səfiri Uran Ferizinin qanunsuz miqrant olması üzə çıxıb.

Uran Ferizi 1998-ci ildə qanunsuz olaraq Birləşmiş Krallığa daxil olub və öz mənşəyi barədə yalan danışıb.

Ferizi Kosovadakı müharibədən qaçdıqdan sonra ingilis qadınla ailə quraraq ölkədə qalmaq üçün icazə almağı bacarıb.

O, Oksfordda təhsil alıb, Londonda maliyyə analitiki işləyib və ABŞ-də elmi araşdırma aparıb. Heç vaxt diplomatik xidmətdə olmayıb, lakin Albaniyanın hazırkı hökuməti ilə sıx əlaqə saxlayır.//report

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

"Bitcoin" yenidən ucuzlaşıb

“Brent” bahalaşıb

Azərbaycan nefti bahalaşıb

Faktiki hava açıqlanıb