Image

Gəncədə məktəblilər arasında qida zəhərlənməsi: ən azı 8 şagird xəstəxanaya yerləşdirilib

Gəncədə Mirzə Şəfi Vazeh adına 16 nömrəli tam orta məktəbin ən azı səkkiz şagirdi dönərdən zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Bu barədə  məlumatı “Qafqazinfo” yayıb.

İlkin tibbi müayinəyə əsasən, şagirdlərin vəziyyəti orta ağır olaraq qiymətləndirilib və onlara zəruri yardım göstərilib.

Zərərçəkənlərin doğum illəri əsasən 2014–2015-ci illər arasında dəyişir. Xəstəxanaya yerləşdirilən şagirdlər aşağıdakılardır:

F. İsmayılov (2015), X. Tağıyeva (2015), Ə. Zeynalov (2014), N. Məmmədova (2015), A. Məmmədzadə (2015), T. Cəfərzadə (2014), H. Hüseynli (2015), Ə. Mirzəyev (2015).

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu

Azərbaycan nefti bahalaşıb