Mikroavtobus "KamAZ"a çırpıldı - 1 nəfər ölüb, 15 nəfər xəsarət aldı - FOTO
Bu gün səhər saatlarında Masallı rayonunda ağır qəza baş verib.
BAKU.WS xəbər verir ki, nəticədə 1 nəfər ölüb, 15 nəfər isə yaralanıb.
Bildirilib ki, qəzaya səbəb "KamAz" markalı yük maşınının xarab olduqdan sonra yolda nasazlıqla bağlı nişanlardan düzgün istifadə etməməsi olub.
Bu zaman "Zil" markalı mikroavtobus yükmaşınına çırpılıb.
BAKU.WS



Mənbə: baku.ws