Image

Nahidə Babaşlı türkiyəli ərindən boşandı - FOTO

Müğənni Nahidə Babaşlı həyat yoldaşı Serkan Küçükceylandan ayrılıb.

Gundem.az xəbər verir ki, “OLAY”ın əldə etdiyi məlumata görə, Nahidə ilə Türkiyə vətəndaşı olan Küçükceylan boşanma qərarı alıb.

Cütlük 10 dəqiqə davam edən məhkəmədə 2 illik evliliklərini bitiriblər. Nahidə Küçükceylandan hansısa təzminat, ya da aliment istəməyib.

Xatırladaq ki, Nahidə pandemiya dövründə gizli evlənmişdi. Onlar toy etməmiş, sadəcə nikah bağlamışdılar. Sənətçi evliliyini gizli saxlayırdı. Həyat yoldaşı Nahidəylə fotolarını yaysa da, müğənni heç bir paylaşım etmirdi.

Mənbə: gundem.az

Xəbər lenti