Image

Fırat Aydınus yenə düz tapdı - Türkiyə futbolunda nə baş verir? - VİDEO

Dekabrın 29-da "Qalatasaray" və "Fənərbağça" arasında baş tutacaq Türkiyə Superkubokunun finalını Abdulkadir Bitige idarə edəcək.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası açıqlama yayıb.

Daha öncə keçmiş hakim Fırat Aydınus derbini Abdulkadir Bitigenin idarə edəcəyini bildirmişdi.

Qeyd edək ki, iki əzəli rəqib dekabrın 29-da Səudiyyə Ərəbistanında keçiriləcək Superkubok matçında üz-üzə gələcək. Liqa çempionu "Qalatasaray" və Türkiyə kubokunun sahibi "Fənərbağça" matçı böyük həyəcanla gözlənilir.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti