“Kişi qripi” həqiqi ola bilər - Niyə kişilər tez ölür?
Onilliklər ərzində elm adamları "kişi qripi"nin gerçək olub-olmadığını müzakirə ediblər.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, “kişi qripi”, Oksford İngilis dili lüğətində “bir insanın, adətən kişinin tutduğu və qrip ya da daha ciddi xəstəlik kimi qəbul etdiyi soyuqdəymə və ya buna bənzər kiçik bir xəstəlik” şəklində öz yerini tapır.
Lakin bütün bu zarafatların arxasında kişi qripinin ciddi bir tərəfi var. Bu, kişilərdə xərçəng nisbətlərinin niyə əhəmiyyətli dərəcədə daha yüksək olduğunu izah edə bilər. Tədqiqatçıların fikrincə, bu, Covid-19 epidemiyasının niyə qadınlardan daha çox kişiləri öldürdüyünü belə izah edə bilər.
Beynəlxalq Statistika İdarəsinin məlumatları göstərir ki, 2020-ci ilin ilk aylarında İngiltərə və Uelsdə kişilərin koronavirusdan ölüm halı qadınlardan iki dəfə çox olub.
Diyetoloq Jenna Hope kitabında qadın immun sisteminin kişi immun sistemindən daha güclü olduğunu iddia edib. Hope bunun hormonlarla əlaqəsi olduğunu bildirib. Onun fikrincə, qadın cinsi hormonları progesteron və estrogen immunitet sistemini dəstəkləməyə meyllidir. Kişi hormonu olan testosteron isə immun sistemini azalda bilər.
Mütəxəssislər iddia edirlər ki, biologiya qadınların daha çox yoluxucu epidemiyalardan sağ çıxmasını istəyə bilər. Belə ki, insan populyasiyasındakı kişilərin 50 faizi itirilsə belə, bu kompensasiya edilir və bəşər övladı birtəhər sağ qalmağa davam edir.
Bununla belə, əgər insanlıq doğuş qabiliyyətinə malik dişilərinin 50 faizini itirsə, çox güman ki, məhv olacaq.
Kişilər təkamül nöqteyi-nəzərindən imtina edilə bilən olsalar da, araşdırmalar göstərir ki, onlar xəstələndikləri zaman qayğı axtarmağa daha az meyllidirlər.
İmmunitetinin daha zəif olduğu elmi şəkildə sübuta yetirilən kişilərə soyuq qış aylarında xəstələnməmək üçün özlərinə daha çox diqqət etmələri tövsiyə edilir.
BAKU.WSMənbə: baku.ws