Image

Putin MDB liderlərinə NƏYİ VƏD EDİB?

"Gələn il Rusiya Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrliyi dövründə tərəfdaşlarla milli valyutalarda hesablaşmaları genişləndirməyə çalışacaq".

Gundem.az  "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu ölkə prezidenti Vladimir Putin bildirib.

"Əminik ki, bu, dövlətlərimizin iqtisadi və maliyyə suverenliyini daha etibarlı təmin etməyə imkan verəcək", - o vurğulayıb.

Rusiya lideri həmçinin ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə ciddi diqqət yetirəcəyini vəd edib. O qeyd edib ki, ötən ilin 10 ayı ərzində dövlətlər arasında ticarət dövriyyəsi iki faiz artaraq 83,7 milyard dollar təşkil edib.

Vurğulanır ki, Vladirmir Putin Konstantinovski sarayında keçirilən qeyri-rəsmi birlik sammitində MDB ölkələri ilə əməkdaşlıqdan danışıb.

Qeyd edək ki, birlik ölkələrinin liderlərinin görüşü ənənəvi olaraq dekabr ayında keçirilir. Rusiya tərəfi tərəfdaşlarını Sankt-Peterburqa dəvət edib - sammitdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın başçıları iştirak edir.

Mənbə: gundem.az

Xəbər lenti

"Bitcoin" yenidən ucuzlaşıb

“Brent” bahalaşıb

Azərbaycan nefti bahalaşıb

Faktiki hava açıqlanıb