Image

"İmperator" Yunanıstanın bu məşhur klubu ilə ANLAŞDI

1908-ci ildə qurulan Yunanıstanın "Panatinaikos" komandası türkiyəli futbol mütəxəssisi Fatih Terimi baş məşqçi təyin etdiklərini rəsmən açıqlayıb.

Gundem.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, "İmperator" sabah Afinaya yollanacaq və günortadan sonra məşqə çıxacaq.

Beləliklə, 70 yaşlı çalışdırıcı "Panatinaikos"la karyerasında "Milan" və "Fiorentina"dan sonra üçüncü dəfə Türkiyədən uzaqlaşacaq.

Qeyd edək ki, Yunanıstan komandası bundan öncə baş məşqçi İvan Yovanoviçlə yollarını ayırdığını elan edib.

Mənbə: gundem.az

Xəbər lenti

Sabahın hava proqnozu