Image

Zurabişvili Rusiyanı “sürünən ilhaq siyasətində” ittiham etdi

Gürcüstan prezidenti Salome Zurabişvili Rusiyanı “sürünən ilhaq siyasətində” ittiham edib.

Gundem.az xəbər verir ki, bu barədə Gürcüstan prezidenti sosial şəbəkədə yazıb.

"Mən rusların gürcü torpaqlarının növbəti zəbtini və sürünən ilhaq siyasətini pisləyirəm", - Gürcüstan prezidenti “X” hesabında yazıb.

Salome Zurabişvili beynəlxalq ictimaiyyəti də cavab verməyə çağırıb.

“İnsanların Biçvintada daçaların köçürülməsi ilə bağlı gördüyümüz sərt reaksiyası birbaşa işğalın nəticəsidir. Mən beynəlxalq ictimaiyyəti sərt və sürətli reaksiya verməyə çağırıram”, - deyə Gürcüstan Prezidenti bildirib.

Bundan əvvəl Abxaziya parlamenti Biçvintada dövlət daçalarının Rusiyaya verilməsi haqqında sazişi təsdiqləyib.

Mənbə: gundem.az

Xəbər lenti

"Bitcoin" yenidən ucuzlaşıb

“Brent” bahalaşıb

Azərbaycan nefti bahalaşıb

Faktiki hava açıqlanıb