Türkiyənin daha bir şəhərində 4 bal gücündə zəlzələ olub
Malatyada günorta saatlarında baş verən 4,6 bal gücündə zəlzələdən sonra Muğlanın Marmaris rayonunda yerli vaxtla saat 13:40-da 4 bal gücündə zəlzələ baş verib.
Bu barədə Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Marmaris rayonunda baş verən zəlzələnin maqnitudası 4, dərinliyi isə 57,39 km paylaşılıb.
BAKU.WS
Mənbə: baku.ws