"İranı vurmaq lazımdır, əks halda..." - ABŞ-dan KRİTİK ÇAĞIRIŞ
"İrandan maliyyə alan "husi"lərdən xilas olmaq üçün respublikanın özünü vurmaq lazımdır".
Gundem.az xəbər verir ki, belə çağırışlarla Cənubi Karolinadan olan respublikaçı senator Lindsi Qrem "Fox News" telekanalında çıxış edib.
Siyasətçinin fikrincə, İran olmadan husilər olmayacaq:
"Mən altı aydır ki, İranı vurmağa çağırıram. Onların neft yataqları var və onların inqilab keşikçilərinin qərargahı kosmosdan görünür. Onu xəritədən silin".
Qraham həmçinin bildirib ki, o, Pentaqonun rəhbəri Lloyd Ostinə zəiflik nümayiş etdirməməyi və "qırmızı xətlərin" nə olduğunu İrana çatdırmağı tövsiyə edib.
Ostin daha əvvəl demişdi ki, Yəmənin "Husi" üsyançılarının Qırmızı dənizdə gəmilərə hücumları Yaxın Şərqdə genişmiqyaslı müharibə riskini artırır. O, ABŞ-ın eskalasiyaya can atmadığını, lakin "insanlarımızı və obyektlərimizi" qorumaq üçün lazımi tədbirlər görməyə hazır olduğunu vurğulayıb.
Bu arada, "Ənsar Allah" paramilitar qrupundan olan yəmənli husi üsyançıları ABŞ koalisiyası ilə müttəfiq ölkələrin gəmilərinə hücum edəcəkləri ilə hədələyiblər. "Husi"lər Qırmızı dənizdə Liberiya bayraqlı "MSC United" konteyner gəmisinə raket hücumuna görə də məsuliyyəti öz üzərinə götürüblər .
Mənbə: gundem.az