Belinə dolanan pitonu dişləyərək öldürdü - FOTO/VİDEO
Filippində dəhşətli hadisə yaşanıb.
BAKU.WS xəbər verir ki, Boljulio Aleria adlı şəxs Bohol adasına səyahət edərkən 3 metr uzunluğunda pitonun hücumuna məruz qalıb.
O motosikletdə olarkən piton onun belinə dolanıb. Aleria ilanı dişləyərək öldürməyə çalışıb. 10 dəqiqə sonra o ilanı zərərsizləşdirə bilib.
Boljulio xəsarətlər alsa da, ilandan canını sağ qurtara bilib. O təcili olaraq "Governor Celestino Gallares" xəstəxanasına yerləşdirilib.
Həkimlər ona müalicələr yazıblar. Aleria artıq xəstəxanada çıxarılıb. Pitonu isə kəndlilər qızardaraq yeyiblər.
BAKU.WS
Mənbə: baku.ws