74 yaşlı modelyerin qızları ilə olan fotosu müzakirələr yaratdı
Dünyaca məşhur modelyer Vera Vanq qızları ilə çəkdirdiyi fotosu ilə gündəm olub.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Veranın 74 yaşı olmasına baxmayaraq onun qızlarından seçilməməsi olub.
Modelyerin qüsursuz bədən quruluşu və qırışmayan siması müzakirələrə səbəb olub.
1990-cı illərdə məşhurluğun zirvəsinə çatan Vanq 33 yaşlı Sesilia Beykr və 30 yaşlı Jozefina Beykr ilə yeni ili qeyd edib.
O qızları ilə birlikdə mavi libas geyinib. Sosial şəbəkələrdə paylaşılan fotolarda Veranın qızlarının ona bənzədiyi bildirilib.
BAKU.WS

Mənbə: baku.ws