Son sutkada Ukraynaya 158 hava hücumu olub
Son sutkada Ukraynaya ümumilikdə 158 hava hücumu olub.
Gundem.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı teleqramda yazıb.
O bildirib ki, ölkənin müxtəlif vilayət və şəhərləri raket hücumuna məruz qalıb: "Rusiya həm müxtəlif tip raketlər, həm də pilotsuz uçuş aparatları (PUA) ilə hücuma keçib. Hücumlardan 27-si “Shahed” PUA-ları ilə olub". (Report.az)
Mənbə: gundem.az