Image

BMT-nin Qəzzada humanitar yardım karvanı atəşə tutulub

Qəzza zolağının şimalından qayıdan humanitar yardım karvanı atəşə tutulub.

Gundem.az "İnterfaks"a istinadən xəbər verir ki, bunu BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin anklavdakı rəhbəri Tomas Uayt deyib.

“İsrail hərbçiləri Qəzza zolağının şimal hissəsindən qayıdan humanitar karvanı atəşə tutublar”, - o bildirib.

Qeyd edilib ki, mərmilər nəticəsində xəsarət alan olmasa da, bir maşına ziyan dəyib: "Humanitar işçilər heç vaxt hücuma məruz qalmamalıdır".

İsrail tərəfi hələlik bu insidentlə bağlı şərh verməyib.

Mənbə: gundem.az

Xəbər lenti

Faktiki hava açıqlanıb