Bu ölkədə Yeni il şənlikləri ləğv edildi - SƏBƏB
Pakistanın Baş naziri Ənvaarul Hak Kakar ölkə ərazisində bütün “Yeni il” şənliklərinin qadağan edildiyini açıqlayıb.
Gundem.az xəbər verir ki, şənliklər Qəzza bölgəsindəki müharibə səbəbindən ləğv edilib:
“Fələstində davam edən müharibədə çox sayda insanın öldürüldüyü bir zamanda Yeni il şənliklərinin keçirilməsini düzgün hesab etmirəm”. (Sfera.az)
Mənbə: gundem.az