Image

Çinin Hərbi Dəniz komandanı Müdafiə Naziri oldu

Çin Hərbi Dəniz Qüvvələrinin komandanı Donq Jun Müdafiə Nazirliyinin yeni rəhbəri təyin edilib.

Bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

“Çin 14-cü Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin yeddinci iclası Donq Jun milli müdafiə naziri təyin edilməsi haqqında qərar qəbul edib”, - agentliyin məlumatında qeyd olunur.

Donq Jun 2017-ci ildən 2021-ci ilə qədər Xalq Azadlıq Ordusunun (PLA) Cənub Döyüş Komandanlığının komandir müavini vəzifəsində çalışmış admiraldır. 2021-ci ildən Hərbi Dəniz Qüvvələrinin komandiri vəzifəsinə təyin olunmuşdu..

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Faktiki hava açıqlanıb