Rusiya 2024-cü ildə "Avroviziya"nın analoquna ev sahibliyi edəcək
"İntervision" musiqi müsabiqəsi gələn il Sankt-Peterburqda keçiriləcək.
BAKU.WS bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Müsabiqənin həyata keçirilməsi üçün Rusiya hökumətinin 600 milyon rubl ayıracağı bildirilib.
Qeyd edək ki, "İntervision" mahnı müsabiqəsi 1970-1980-ci illərdə sosialist bloku ölkələrində, birinci Polşada baş tutub.
BAKU.WSMənbə: baku.ws